Hennessey atelyesi Ford Mustang Shelby GT500 modeli üçün təkmilləşdirmələr paketini hazırlayıb. Amerikan tüner superkarın kompressorlu V8 mühərrikinin hasilatını 1221 at qüvvəsinə və 1223 Nm fırlanma anına qədər artırmağı təklif edir.

Bu, orijinal fastbəkdə olduğundan 58 faiz çoxdur. Bununla belə, Venom 1200 kupesi güc baxımından Shelby American şirkətinin hazırladığı GT500 Code Red modelinə uduzur. Shelby GT500 modelinin Venom 1200 kupesinə çevrilməsi 59 950 dollara başa gələcəkdir. Ekstremal kupenin tirajı 66 nüsxədən ibarət olacaqdır.

Hennessey Venom 1200 Mustang GT500 kupesi, bu modelin tarixindəki ən hardkor versiyalarından biridir. Venom 1200 kupesi ilə yalnız Shelby American şirkətinin hazırlanmış 1300 at qüvvəli biturbomühərriki olan GT500 Code Red modeli rəqabət apara bilər. Üstəlik, hər iki avtomobildə ən yüksək güc göstəricisi yalnız E85 bioetanolunda əldə edilir.

Venom 1200 Mustang GT500 sahib olmaq üçün, Shelby GT500 modelinin (79 420 dollar) qiymətinə 59 950 dollar əlavə etmək gərəkdir. Bu məbləğə yeni 3,8-litrlik ötürməli kompressorun (əvvəl 2,65 litr olub), gücləndirilmiş kəmərlərin və dartmaların, yenilənmiş yanacaq rampasının, injektorların, həmçinin hava-yağ ayrıcısının və yüksək axınlı buraxılış sisteminin quraşdırılması daxildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bunların ardınca mühərrik və transmissiyanın idarəetmə bloklarının yenidən tənzimlənməsi həyata keçirilir. Bununla belə, Hennessey avtomobilin dinamik xüsusiyyətlərini açıqlanmır, lakin adi Shelby GT500 modelini heç də yavaş adlandırmaq olmaz – “bərkgedən” kupe 60 mil/saat (97 km/saat) həddinə 3,3 saniyəyə sürətlənir.

Hennessey cəmi 66 ədəd Venom 1200 kupesini istehsal etməyi planlaşdırır.Opsional olaraq, ekstremal kupei Ford Mark II GT40 yarışı avtomobilinin üslubunda olan liveriya ilə sifariş etmək mümkündür. Belə livreya 4950 dollara başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.