ABŞ-ın Şimali Karolina və Tennessi ştatlarının sərhədində amerikalıların "Əjdaha" və ya "Əjdaha quyruğu" adlandırdığı yol mövcuddur. Bu ləqəb 318 döngədən ibarət olan 18 kilometrlik yola verilib – Böyük Dumanlı Dağlar Milli Parkının cənub-qərb sərhəddində yerləşən bu yolda heç bir tikilinin olmaması və marşrutun mənzərəli ərazidən keçməsi “Əjdaha quyruğunu” səyahəti sevənlər arasında populyarlaşdırıb. Bundan əlavə, ABŞ-ın ən dolambac yolu adlandırılan bu marşrut ekstremal idman həvəskarlarını cəlb edir.

Vaxtı ilə Formula 1 çemionatında yarışmış, hazırda rallikross və klassik rallidə mübarizə aparan amerikalı pilot Skott Spid, Subaru Motorsports USA zavod komandasının hazırladığı Subaru WRX STi sedanında “Əjdahada” zamanla yarışıb.

Yolun bağlanılması mümkün olan ən yüksək sürətlə hərəkət etməyə imkan verib. Sürət həddi 50 km/saat olan bu yoldakı ən təhlükəli döngələrinin hətta öz adları da (Copperhead Corner, Hog Pen Bend, Wheelie Hell, Shade Tree Corner, Mud Corner, Sunset Corner, Gravity Cavity, Beginner's End, Brake End) var.

Ancaq Skott Spid üçün bütün bunlar  o qədər də əhəmiyyət kəsb etməyib. Şimali Karolinada “Tapoco Road”,  Tennessi də isə “Calderwood Highway” adlanan treki Skott Spid möhtəşəm şəkildə keçib. Keçid zamanı nələrin baş verdiyini izləmək istəyirsinizsə, gedişdən sonra hazırlanmış videoçarxa baxmaq kifayətdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.