Castrol şirkəti məşhur pilotların asl avtomobillərdə virtual reallıqda hərəkət etdikləri videoçarxlar seriyasından olan növbəti çarxı təqdim etmişdir. Bu çarxda Forsaj-8 filminin Mişel Rodriqesin dublyoru olan kaskadyor Debbi Evans çəkilmişdir.

Videoçarx Kanadadakı Yukon çayında çəkilmişdir. Evans buz üzərində əlavə edilmiş reallığı nümayiş etdirən eynəklərdə və tam çəkişli Kaguar F-Type R kupesində hərəkət edərək vitual partlayışlardan, roket, dağılan buz parçalarından, tank və helikopterlərdən qaçmağa çalışmışdır. Buna qədər çarxlarda Aston Martin və Koenigsegg avtomobillərini idarə edən pilotlar trekdə avtomobillərin virtual klonları ilə mübarizə aparmışdırlar. Digər epizodlarda isə, virtual trekdə drifter Mətt Pauers və kaskadyor Ben Kollins öz aralarında yarışmışdırlar. Pauers həmçinin virtual trekdə Mustang kupesi ilə sürüşmələrlə hərəkət etmişdir.