Dreamworks Animation studiyası “Forsaj” franşizasının mötivləri üzrə çəkilmiş Fast&Furios: Spy Racers cizgi serialının ilk tizerini dərc edib. Bu serial Netflix striminq videoservisi tərəfindən nümayiş etdiriləcəkdir. Serialın ilk epizodu bu il işıq üzü görməlidir.

Cizgi filminin baş qəhrəmanı Dominik Torettonun  əmisi oğlu Toni olacaqdır. O, dostları ilə birlikdə elit yarış liqası adı altında fəaliyyət göstərən cinayətkar təşkilata qarşı mübarizə aparacaqdır. Bununla belə, Toni hansısa hökumət agentliyi tərəfindən işə cəlb edilir.

Cizgi serialının icraçı prodyüserləri Tim Hedrik (“Voltron: Əfsanəvi müdafiəçi”), Bret Haaland (“Yaşasın kral Culian”) və aktyor Vin Dizel olacaqdır.

“Forsaj” franşizasının doqquzuncu hissəsi 10 aprel 2020-ci ildə təqdim ediləcəkdir. Franşizanın səkkizinci seriyası dünya kirayəsində 1,2 milyard dollar toplayıb.