Fransa Parlamenti hava çirkləndirən avtomobillərə tətbiq edilən verginin 12 500 avrodan 20000 avroya qədər artırılmasını təsdiqləyib. Bu məbləğ hər kilometrə 212 qramdan çox karbon qazı yayan hər bir avtomobil üçün ödənilməlidir - bu isə, güclü idman avtomobillərinin və krossoverlər “qara” siyahıya düşəcəyindən xəbər verir. Qərar gələn il Avropa ekoloji standartlarının sərtləşdirilməsi ilə birlikdə qüvvəyə minəcək.

Fransız avtomobil birliyi Plateforme de la Filière Automobile (PFA) parlamentin bu qərarına dərhal kəskin reaksiya verib. Təşkilat rəhbəri Luka Şatelin sözlərinə görə, büdcə üzrə qəbul edilmiş dəyişikliklər "istehlakçıların ikiqat vergiyə cəlb edilməsinə" gətirib çıxaracağını bildirib. O, zərərli tullantıların səviyyəsinin azaldılması üzrə aparılan siyasətdə ardıcıllığın görmədiyini də qeyd edib.

Xüsusilə, hökumətin sıfır tullantıları olan avtomobillərin alıcıları üçün müavinətləri tədricən azaltması da başa düşülən deyil. Şatel, elektrikli nəqliyyat vasitələrinin populyarlaşdırmaq üçün güclü stimullara ehtiyac olduğunu düşünür, lakin bu cür hərəkətlərdən hər kəsin - sənayenin, ətraf mühitin və əhalinin alıcılıq qabiliyyətinin zərər görəcəyini bildirib. 

Məsələn, 20,000 avro (indiki məzənnə ilə 37000 manat) məbləğində emissiya vergisini BMW X5 kimi tam ölçülü krossoverin sahibi ödəməli olacaqdır. BMW şirkətinin bildirdiyinə görə X5 modelinin xDrive50i modifikasiyası hər kilometrə 264 qram qədər CO₂ tullayır.

Bununla belə, Fransa Maliyyə Nazirliyinin öz planı var. Nazirlik, il ərzində "emissiya vergisinin" büdcəni 50 milyon avro artımla təmin edəcəyindən əmindir. Əldə edilmiş vəsaitin "sənayenin dəyişdirilməsinə" və ekoloji təmiz modellərin satışında çətinlik çəkən avtomobil istehsalçılarına kömək etmək üçün istifadə olunması planlaşdırılır. Maliyyə Nazirliyinin rəhbəri Bruno Le Mer də, avtomobil istehsalçılarını krossoverlərin alıcılarını bu modellərin ətraf mühitə vurduğu zərərlər barədə xəbərdar etməyə çağırıb.

Eyni zamanda, ölkə hökuməti elektrik və hidrogen avtomobillərinin alınması zamanı verilən dövlət subsidiyasının azaldılmasını da nəzərdən keçirir.

2020-ci ildə 45 min avrodan aşağı qiymətə malik olan avtomobilin alınması zamanı alıcıya altı min avro, 45 ilə 60 min avro arasında – üç min avro subsidiya veriləcəkdir. Daha bahalı avtomobillər üçün subsidiyalar verilmir, istisnalar yalnız kommersiya avtomobillərinə aiddir. 2021-ci ildə subsidiyanın maksimal məbləği beş minə, 2022-ci ildə isə dörd min avroya endiriləcəkdir. Bu, elektrikli nəqliyyat vasitələrinin qiymətlərinin aşağı düşəcəyi proqnozları ilə əlaqədardır.