GAC güclü turbomühərrikə malik olan yeni idman sedanını nümayiş etdirib. Çin istehsalçısı örta ölçülü Empow sedanın R indeksli “bərkgedən” versiyasının eksteryeri və interyeri üzərindəki sirr pərdəsi götürüb.

GAC Trumpchi Empow R modeli ilə orijinal sedan arasında çoxlu fərqlər var: yeni aerodinamik kuzov dəsti, təkər diskləri, xüsusi dekor peyda olub, əyləc supportları dəyişdirilib, salonda isə inteqrasiya edilmiş başlıqları və güclü yan dəstəkləri olan oturacaqlar quraşdırılıb. Kapotun altında 2,0-litrlik benzin turbomühərriki yerləşəcəkdir.

Orijinal GAC Trumpchi Empow sedanı 2021-ci ilin yayında satışa çıxıb. O zaman, 4,7 metrlik sedan gənclərə ünvanlanmış görünüşü və yüksək fırlanma anı olan 1,5-litrlik turbomühərriki ilə təəccübləndirmişdi. İndi isə daha effektiv və güclü modifikasiya hazırlanıb.

Aqressivlik rəsmi şəkillərdə də görünür: Empow R sedanının şəkilləri yarış trekində çəkilib, statik şəkillərdə isə sedan tüstü effekti ilə müşayət olunur! Alıcılara parlaq narıncı rəngli əyləc supportları, “karbon” örtməli güzgü gövdələri, inkişaf etdirilmiş diffuzor və arxa antiqanad, habelə cihazlar panelinin və multimedia sisteminin aqressiv qrafikası xoş gəlməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında 265 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik "turbodördlük" və 7-pilləli preselektiv "robot" yerləşəcəkdir. Ötürmə - ön oxdadır. Sedanın yerindən 100 km/saat həddinə sürətlənmə vaxtı dəqiqləşdirilməyib, lakin Çin onun Volkswagen Golf GTI hetçbekindən (7,1 saniyə) daha yeyin olacağı ehtimal edilir.

Bütün xüsusiyyətlər satışların başlanmasına yaxın vaxtda dərc olunacaqdır. Bir sözlə, modelin sirlərin vaqif olmaq üçün iki ay gözləmək gərəkdir. Gözlənilən qiymət 200 min yuan (49 min manat) ətrafında olmalıdır. Hazırda 1,5-litrlik mühərrikə malik olan GAC Trumpchi Empow sedanının ən zəngin versiyası 137 min yuana (33 min manat) başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.