Koenigsegg şirkətinin yaradıcısı və rəhbəri Kristian fon Köniqseqq Gemera superhibridinin sükanı arxasında gəzintiyə çıxıb və onun Freevalve sistemli kiçik üçsilindrli biturbomühərrikinin necə səsləndiyini dinləmək imkanı yaradıb.

Bu mühərrikin paylayıcı valları yoxdur, onların əvəzinə giriş və çıxış klapanlarını, yüklənmədən və bir sıra digər dəyişənlərdən asılı olaraq lazımi gediş rejimini “müəyyənləşdirən” pnevmohidroelektrik aktuatorlar idarə edir.

Gemera modelinin 2,0-litrlik aqreqatı 608 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Daxili yanma və üç elektrik mühərrikinin ümumi hasilatı isə 1727 at qüvvəsi və 3500 Nm təşkil edir.

Gemera superhibridinin mühərriki Tiny Friendly Giant (TFG, “kiçik səmimi nəhəng”) adlanır. O, Freevalve fərdi klapan idarəolunması sistemi və üç silindrin hər birində birinci və ikinci buraxılış klapanlarına qoşulmuş iki turbokompressorla təchiz edilir.

Aşağı yükləmə və dövrlərdə yalnız bir turbokompressor işləyir, yüksək dövrələrdə isə ikincisi işə düşür. Güc aqreqatı 608 at qüvvəsi və 600 Nm hasil edir, benzin, etanol və bioyanacaqla çalışır, eyni zamanda, Freevalve sistemi sayəsində soyuq havada işə başlamazdan əvvəl giriş kollektorunu qızdıra bilir.

Bunlara aşağı yanacaq sərfiyyatını (müasir “turbodördlüklərin” göstəricisindən 15-20 faiz az), silindrlərin təsadüfi qaydada söndürülməsi və Miller dövrü daxil olmaqla dörd termodinamik dövrdən birində çalışmanı da əlavə etmək olar.

Belə bir mürəkkəb aqreqat tənzimləmələrə fərqli yanaşmanı tələb edib, ona görə də, onu müxtəlif şərait və vəziyyətlərə optimallaşdırmaq üçün amerikan SparkCognition şirkətinin süni intellekt platformasından istifadə olunur. Koeniqseqq tərəfindən dərc edilmiş yeni videoçarxda, 2:30 işarəsindən başlayaraq, “turboüçlüyün” səsini eşitmək olar.

Koenigsegg Gemera daxili yanma mühərrikindən əlavə üç elektrik mühərrikinə malikdir. Onlardan biri dirsəkli vala, fərdi birpilləli transmissiyalara və özünün muftalar dəstinə sahib olan digər ikisi isə arxa tərəfdə quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Onların hər biri 507 at qüvvəsi və 1000 Nm, daxili yanma mühərriki ilə birləşdirilmiş elektrik mühərriki isə 405 at qüvvəsi və 500 Nm hasil edir. Eyni zamanda, dördqapılı meqakar hər iki oxdakı dartma vektoruna nəzarət sistemi, idarəolunan arxa təkərləri və yerindən 100 km/saata 1,9 saniyəyə sürətlənməsi ilə öyünə bilər. Koenigsegg Gemera modelinin maksimal sürəti 400 km/saatdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.