Lexus RZ krossoveriniin eksteryer dizaynı iki ay əvvəl sirr olmaqdan çıxıb, lakin Lexus şirkəti onun interyer şəklini ilk dəfədir ki, dərc edir. Eyni zamanda, elektrik krossoverin debüt tarixi açıqlanıb: sırf elektrik e-TNGA platformasında inşa edilmiş ilk Lexus modeli aprelin 20-də, yəni artıq ləğv edilmiş Pekin avtosalonunun ərəfəsində təqdim olunacaqdır.

Lexus RZ 450e modeli əslində Toyota bZ4X krossoverinin (həmçinin Subaru Solterra) premium versiyası olacaqdır: orijinal kuzov panelləri və korporativ dizayn üslubunun altında xarakterik profilə malik olan eyni kuzov gizlənir. Hətta cərəyan yükləmə girişinin yeri də saxlanılıb.

Üstəlik, Lexus elektrik krossoveri də naqil vasitəsi ilə idarə olunacaq: bunu ənənəvi sükan çarxının əvəzinə şturvalın olduğu interyer şəkli sübut edir. Orijinal Toyota elektrokrossoverində belə bir sükan çarxı əlavə ödəniş müqabilində təklif olunur

Sükan idarəolunması bir neçə iş rejiminə malikdir: valsız mexanizm istənilən ötürmə nisbətini təyin etməyə imkan verir. Ən “kəskin” rejimdə sükanının bir dirənmədən digər dirənməyə qədər dönməsin’ yarım dövrədən az gərəkdir - cəmi 150 dərəcə.

Image alt Image alt Image alt Image alt

Lexus RZ elektrokarının xüsusiyyətləri hələlik açıqlanmayıb. Orijinal Toyota bZ4X modeli ön ötürməli (204 at qüvvəli) və ya tam ötürməlii (218 at qüvvəli) versiyaları var və hər iki versiya eyni 71,4 kilovat/saatlıq litium-ion batareyası ilə təchiz edilir.

Lakin Lexus RZ modeli daha qabaqcıl texniki hissəyə sahib olmalıdır: buna, digər Lexus modellərində daha yüksək gücü göstərən “450” indeksi dəlalət edir. Məsələn, Lexus NX 450h+ plagin hibridi 306 at qüvvəsinə malikdir. Təfərrüatlar iki həftədən sonra açıqlanacaqlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.