Hyundai şirkətinin premium subbrendi olan Genesis markası özünün üçüncü modelinin təqdimat tarixini açıqlayıb. Genesis G70 sedanı 15 sentyabr tarixində Seulda təqdim olunacaqdır.

Yeni premium sedan Kia Stinger modelinin paltformasında hazırlanacaqdır. Genesis G70 modeli 3,3-litrlik V6 biturbomühərriki ilə hərəkətə gələcəkdir.

Kia Stinger modelində bu mühərrik 365 at qüvvəsinə və 494 Nm fırlanma anına malikdir. Təsdiq olunmayan məlumata əsasən G70 yerindən 100 km/saat hədinə 4,7 saniyəyə sürətlənəckdir. Bu Stinger’də olduğundan 0,2 saniyə yeyindir. Hyundai şirkətinin Avstraliyadakı bölməsinin rəhbəri Qvido Şenkenin sözlərinə görə, Genesis G70 Kia Stinger modelindən qısa və yüngül olacaqdır.

Kia Stinger 3831 mm uzunluğa, 1869 mm enə və 1399 mm hündürlüyə malikdir. Onun çəkisi 1850 kiloqram təşkil edir. Genesis G70 sedanı BMW 3-Series, Mercedes-Benz C-Class, Audi A4, Jaguar XE, Infiniti Q50 və Lexus IS modellərin hökmüranlıq etdiyi seqmentdə mübarizə aparacaqdır.