Mercedes-Benz şirkəti populyar Mercedes-AMG G63 və G65 modellərinin eksklyuziv modifikasiyalarını təqdim edib. Xüsusi modifikasiyaların təqdimatı sentyabr ayının ortasında işinə başlayacaq Frankfurt avtosalonunda keçiriləcəkdir.

Eksklyuziv seriyadan olan modifikasiyaları xüsusi AMG Monza grey mango rənginə görə tanımaq mümkündür. Bundan başqa, ofroderlərə dinamik görünüş vermək üçün ön bamperə paslanmayan poladdan olan əlavə, kuzovun yan hissəsinə isə xüsusi AMG zolaqları vurulubdur. Eyni zamanda, ehtiyat təkərinin üzlüyü kuzovun rənginə boyanıb. 

Mercedes-AMG G63 modeli beş cüt milləri olan 21-düymlük qara tutqun rəngli təkər disklərinə sahib olub. Mercedes-AMG G65 modifikasiyası isə, bu disklərin cilalanmış saxsı effektli variantlarına malikdir.  Bundan başqa, əlavə ödənişlə karbondan işləmələri və parlaq haşıyələri olan xüsusi qara rəngli diskləri də sifariş etmək olar.

Ofroderlərin interyeri də eksklyuziv tərtibata malikdir. Avtomobillər designo Exclusive dəstina sahibdir ki, bu dəstin də tərkibinə iki rəngli dəri ilə üzlənmiş AMG idman oturacaqları daxildir. Salonun tərtibatında altı növ müxtəlif rəngli dəridən istifadə etmək də təklif olunur. Alternativ olaraq, çoxkonturlu havalandırmalı ön oturacaqları daxil edilmiş Seat Comfort dəstini də əldə etmək mümkündür. Əlbəttə ki, müştərinin arzusu ilə, qırmızı rəngli təhlükəsizlik kəmərlərinin quraşdırılması, AMG Performance sükan çarxının və qapı panellərinin iki rəngli dəri ilə işlənməsini də mümkündür.

Almaniyada Mercedes-AMG G63 Exclusive Edition variantı üçün 163125 avro, Mercedes-AMG G65 üçün isə 287658 avro tələb olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt