Bugatti şirkətinin rekordları bir çoxlarına rahatlıq vermir. Koenigsegg ilə yanaşı Hennessey Performance Engineering (HPE) də fransız markasının rekordlarını üstələməyi adət edib. Amerikalılar bu məqsədlər üçün Venom F5 superkarından istifadə edirlər. Bu günlərdə HPE rekord üçün hazırladıqları modelin mühərrikini nümayiş etdirib. V8 mühərrikinin gücü 1840 at qüvvəsi təşkil edir. Xatırladaq ki, Bugatti Chiron 300+ modeli 1600 at qüvvəsinə malikdir.