Yeni nəsil Jeep Wrangler ofrouderi iki yeni versiyaya sahib olub. JL indeksli model Willys Edition və Black&Tan versiyalarında təklif edilirlər. “Villis” modifikasiyası həm qısa, həm də uzun bazalı modellər üçün əlçatandır.

İkinci dünya müharibəsi iştirakçısı əfsanəvi Willys modelinin ruhunu daşıyan Wrangler Willys Edition modeli qara rəngli radiator barmaqlığına, kapotdakı şəkil, 17-düymlük qara təkər diskləri 32-düymlük yolsuzluq şinləri, Rubicon modelindən alınmış asqı və özüqapanan arxa differensial ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt

Wrangler Black&Tan isə, qara rəngli kuzovu, açıq qəhvəyi rəngli dam örtüyü və salon tərtibatı ilə seçilir. Bu versiya Wizard Black cihazlar paneli, 7-düymlük displeyi olan multimedia sistemi və Heritage Tan rəngli parça ilə örtülmüş oturacaqlar ilə təchiz edilir.