Lada 4x4 modelinin 1977-ci ildən bəri demək olar ki, dəyişiklik olmadan istehsal edilir. Şayiələrə görə, bu yaxınlarda ofrouder yenilənməyə məruz qalacaqdır. Rusiyanın “Lada Onlayn” saytının bildirdiyinə görə, AvtoVAZ modeldə 17 dəyişiklik edəcəkdir. Bu dəyişiklər əsasən interyerə aid olacaqdır.

“Lada.Onlayn” saytı zavod daxilindəki mənbələrinə istinadən yenilənmə haqqında məlumatla bölüşüb. Belə ki, insayderlər ofrouderin yeni ön panelə, narıncı rəng işıqlandırması olan cihazlar panelinə, müasir idarəetmə bloku olan klimat-kontrol sisteminə və yeni düymələrə sahib olacağını bildiriblər. Bundan başqa, Lada 4x4 yeni tavan örtüyünə də sahib olacaqdır. Nəhayət, avtomobilin salon tərtibatında istifadə edilən materialların keyfiyyətinin yüksəldiləcəyi bildirilir.