Lamborghini markasının Şotlandiyadakı diler mərkəzinə qəribə bir Aventador SV superkarı daxil olub. Mərkəzdən verilən məlumatda avtomobilin Porsche 918 Spyder modelinin rəng çeşidindən olan gümüşü rəngə boyanıb. Bundan başqa, avtomobil məhdud saylı seriyanın sonuncu avtomobili olub.

Lamborghini Ediburgh şirkətindən verilən məlumatda, Aventador SV modelinin, məhdud seriyadan olan  modellər arasında, ən geniş miqyasda fərdiləşmə proqramından keçdiyi bildirilib.

Proqramın başlıca elementlərindən 12 qat  vurulan Liquid Matal Blue  rəngi olub. Autoevolution portalının bildirdiyinə görə, Porsche 918 Spyder modelinə bu rəng 65 min dollar əlavə ödənişlə vurulurmuş. Maraqlıdır ki, boya nəinki kuzov elementlərinə vurulub, ondan həmçinin adi halda qara rəngə boyanan detalların rənglənməsində də istifadə edilib. Eyni zamanda, avtomobilin karbondan olan və adi halda rənglənməyən elementləri də bu rəngə boyanıb.  

Kupe qızılı rəngli təkər disklərinə də sahib olub.

Diler mərkəzindən xüsusi sifarişlə hazırlanan avtomobilin aylarla görülən işlərin, edilən zənglərin və İtaliyaya səfərlərin, həmçinin gec zamanlara qədər çalışmaların nəticəsi olduğu bildirilib.

Lamborghini Aventador SV modeli 2015-ci ildə təqdim edilib. Adındakı SV hərfləri Superveloce (“Superyeyin”) kimi açıqlanır. Bu modifikasiya adi Aventador modelindən 50 kiloqram yüngüldür və yaxşılaşdırılmış aerodinamikası, həmçinin xüsusi asqısı ilə seçilir. Aventador SV modeli 750 at qüvvəsi hasil edən 6,5-litrlik V12 mühərriki ilə hərəkətə gəlir.

Superkar 100 km/saat həddinə 2,8 saniyəyə sürətlənir və 350 km/saat maksimal sürətə malikdir. Avtomobilin minimal qiyməti 330 min avro təşkil edir .