Lexus LC kupesinin F indeksli «qaynar» variantı 600 at qüvvəli mühərrik ilə təchiz ediləcəkdir. Bu barədə, yapon şirkətinin daxilindəki mənbələrinə istinadən Car and Driver nəşri xəbər yaymışdır.

Nəşrin müsahibinin bildirdiyinə görə, sportkar iki turbokompressoru olan dörd litrlik səkkiz silindrli mühərriki əldə edəcəkdir. Bu güc aqreqatı mahiyyətcə, 90 dərəcəlik bucaqla birləşdirilmiş iki dörd silindrli 8AR mühərrikidir ki, bu 2,0-litrlik aqreqatı hazırda Lexus NX 200t modelinin kapotu altında görmək olar. Yeni güc aqreqatı 10 pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışacaqdır. Yeni mühərriklə yanaşı, Lexus LC F kupesi iri antiqanadı olan aqressiv aerodinamik kuzov dəstini, 20-düymlük təkərləri və altı porşenli əyləc mexanizmlərini əldə edəcəkdir. Lexus LC F modelinin kütləvi təqdimat mərasimi Tokyo avtosalonunda keçiriləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt