Renault şirkəti tərəfindən yenidən həyata qaytarılmış Alpine markası A110 adlı ilk seriya idman avtomobilini təqdim etmişdir. Klassil Alpine A110 modelinin motivlərində yaradılmış kupenin kütləvi təqdimat mərasimi bir həftədən sonta işinə başlayacaq Cenevtə avtosalonunda keçiriləcəkdir.

Avtomobilin seriya variantı konseptual sələfindən demək olar ki, cüzi şəkildə fərqlənir. Seriya kupesini Vision prototipi ilə müqayisə etsək avtomobillərin yan güzgülərin korpusu ilə fərqləndiyini müşahidə etmiş olarıq. Bununla belə, fransızlar yeni avtomobil haqqında məlumatı sirr olaraq saxlamağa üstünlük verirlər. Artıq avtomobilin alüminiumdan hazırlanmış kuzovunun alüminium şassidə quraşdırıldığı məlumdur. Kupenin çəkisi bir tona yaxın olmalıdır. Qeyri-rəsmi məlumatlara görə yeni kupe, Renault Clio RS «qaynar» hetçbekinin 1,6-litrlik mühərrikinin əsasında hazırlanmış 1,8-litrlik turbomuhərriklə təchiz ediləcəkdir.

Mühərrikin gücü 250-300 at qüvvəsi arasında olacaqdır ki, bu da A110 modelini 100 km/saat həddinə 4,5 saniyəyə sürətləndirməyə yarım edəcəkdir. Güc aqreqatı 7-pilləli «robotla» tandemdə çalışacaqdır. Keçən ilin sonundan başlayaraq Renault şirkəti modelə öncədən sifarişləri qəbul etməyə başlamışdır. İlkin olaraq satışa Premiere Edition xüsusi versiyası çıxarılacaqdır ki, bu versiya da 1955 nüsxədə istehsal ediləcəkdir. Avtomobil üçün beh 2000 avro təşkil edir. Şifarişçi kuzovun üç rəngindən birini və arzu etdiyi seriya nömrəsini seçmə bilər. Alpine idman kupesinin satış qiyməti 55 - 60 min avro arasında olacaqdır.

Image alt Image alt Image alt Image alt