Britaniyalı avtoidman yazarı Mark Hyuz Robert Kubitsanın Lens Strollun komanda yoldaşı olacağını bildirib. O, Robertin 2018-ci ildə Qrouvdan olan komandaya qoşulması ehtimalının 98% olduğunu bildirib.

“98% əminəm ki, Kubitsa 2018-ci ildə Williams komandasında çıxış edəcəkdir, - Sky Sport kanalına müsahibə verən Hyuz bildirib. – Bidiyim qədər, hazırda tərəflər ödənişlərin strukturunu və müqavilənin detallarını razılaşdırırlar.

Bu məsələlər həll olunandan sonra, o, gələn il F1 bolidinin kokpitinə qayıda bilər. Əgər Robert qayıdaraq keçmişdə göstərdiyi yaxşı nəticələri nümayiş etdirərsə, bu dünya idmanın tarixindəki ən möhtəşəm qayıdışlardan biri olacaqdır”.