McLaren şirkəti 570S GT4 yarış avtomobilinin varisini nümayiş etdirib. Artura GT4 superkarı yol avtomobilindən fərqli olaraq hibrid quruluşdan məhrumdur və gücləndirilmiş transmissiya ilə təchiz edilib.

Adi McLaren Artura superkarı kimi, Artura GT4 kupesi də McLaren Carbon Lightweight Architecture (MCLA) karbon monokokuna əsaslanır. Yeni yarış kupesi təqaüdə yola salınan 570S GT4 modelindən bir sentner, seriya avtomobildən isə 130 kiloqram yüngüldür. Bunun səbəbi,  hibrid lavnin olmaması və ağır səkkizsilindrli M838 mühərrikinin əvəzinə silindr blokunun aşınma bucağı 120 dərəcə olan yeni yüngül altısilindrli M630 tvin-turbo mühərrikinin quraşdırılmasıdır.

Artura GT4 modelindəki ötürmələr qutusu da yol avtomobilində istifadə ediləndən fərqlənir. Səkkiz pilləli iki muftalı SSG “robotu”, optimallaşdırılmış ötürmələr nisbəti və quraşdırılmış özünü diaqnostika proqramı olan yeddi pilləli transmissiya ilə əvəz edilib. Yeni yarış avtomobilinin elektronikası Bosch Motorsport tərəfindən təqdim olunur. Təmiri və texniki xidməti asanlaşdırmaq üçün kabel birləşmələri modul şəkildə hazırlanır.

Artura GT4 modelinin arxa oxunda yüksəldilmiş sürtünməsi olan mexaniki diferensial quraşdırılıb. 570S GT4 ilə müqayisədə əyləclərin soyudulması və asqının tənzimləmələri təkmilləşdirilib. Superkar tənizmlənən ABS və trəkşn-kontrola, üç nasoslu 110 litrlik yanacaq çəni və geniş opsiyalar siyahısı əldə etdi. Onların arasında təkər təzyiqinin monitorinqi sistemi, telemetriya kompleksi, toqquşmadan yayınma sistemi və klirensin hündürlüyünü ölçən lazer sensorları var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Artura GT4 modelinin məcburi atributu yeni aerodinamik kuzov dəstidir. Buraya orijinal splitter, kanardlar və havalandırma kəsikləri olan kapot daxildir. Arxa aantiqanad yeddi mövqeyə malikdir və G-pilonlarında quraşdırılıb (arxa kuzov panelləri qanad sökülmədən çıxarıla bilər).

Superkar həmçinin Bosch DDU cihazlar paneli, yerində bərkidilmiş sürücü oturacağı, tənzimlənən pedal qovşağı və GT3 sinifindən olan avtomobillərin üslubunda sükan çarxı ilə təchiz olunub. Kupenin qiyməti - təxminən 200 min funt sterlinqdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.