"Mecum Auctions" hərrac evi Porsche Carrera GT modelinin 2005-ci ildə istehsal edilmiş nüsxəsini satışa çıxarmaq niyyətindədir. Hərrac evinin nümnayəndələrinin sözlərinə görə, bu superkar "dünyanın ən az istifadə edilmiş və təzə qalmış" avtomobillərindəndir.

Satışa çıxarılacaq superkar cəmi 124 mil yürüş etmişdir ki, bu da 240 kilometrə bərabərdir. Satılacaq avtomobil qara rəngə boyanmış eksteryerə və eyni rəngli materiallarla tərtib edilmiş interyerə malikdir. Bu avtomobil Amerika Birləşmiş Ştatlarında satılmış 604 superkarlardan biridir. Superkarın təxmini qiyməti 1,1-1,4 milyon dollar arasındadır. 2005-ci ildə belə avtomobil 448 min dollara satılırdı.

Porsche Carrear GT avtomobili 2004-cü ildən 2007-ci ilə kimi istehsal edilmişdir. Bu superkrdan cəmi 1270 ədəd istehsal edilmişdir. Rodster 612 at qüvvəsi və 590 Nm fırlanma anı olan 5,7-litrlik V10 mühərriki ilə və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilirdi. Onun çəkisi 1427 kiloqram təşkil edir. Carrera GT modeli yerində 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 330 km/saata bərabərdir.

İlkin olararq, bu avtomobildən 1500 ədəd buraxmaq planlaşdırılmışdır. Lakin, ABŞ-da təhlükəsizlik yastıqlarına olan tələblərin dəyişdirilməsi səbəbindən avtomobildən 1270 ədəd istehsal edilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt