Audi avtomobillərinin tüninqi ilə məşhur olan ABT Sportsline atelyesi yeni nəsil Audi A4 ailəsi üçün hazırladığı təkmilləşdirmələr proqramını təqdim etmişdir. Kemptendə yerləşən alman atelyesi bu ilin yazında keçirilmiş Cenevrə avtomobil sərgisində ABT AS4 Avant universlını nümayiş etdirmişdir. Bu gün isə, artıq alman mütəxəssisləri həm sedan, həm də universal kuzovlu avtomobillər üçün tam proqramı təklif edir.

Kemptendən olan mütəxəssislərin Audi A4 modelləri üçün hazırladıqları kuzovun aerodinamik parçalar dəstinə yeni radiator barmaqlığı, hava girişlərinin xüsusi forması və yeni spoyler ilə təchiz edilmiş ön bamper, ön qanadlardakı havalandırma barmaqlığı, alman atelyesinin tanınan «imzasına» çevrilmiş arxa bamperə quraşdırılmış diffuzor daxildir.

Avtomobil üçün hazərlanmış bu tüninq dəstini əlbəttə ki, Continental şinləri ilə təchiz edilmiş 19 və ya 20-düymlük DR, ER-C və FR adlı təkər diskləri olmadan təsəvvür etmək mümkün deyil. Bundan əlavə, alman mütəxəssislər avtomobilin hərəkət hissəsinə də müdaxilə etmişlər. Avtomobil, hündürlüyü müştərinin arzusundan aslı olaraq dəyişən yeni yaylarla və dirəklər dəsti ilə təchiz edilir. 

ABT AS4'ün aqressiv görkəminə uyğun güclü mühərrikə də ehtiyacı vardır. Kempentdən olan mühəndislər yeni nəsil ABT Power proqram təminatı sayəsində 272 at qüvvəsi və 600 Nm fırlanma anı olan 3,0-litrlik dizel mühərrikinin gücünü 325 at qüvvəsinə, fırlanma anını isə 680 Nm qədər artırmışlar. 2,0-litrlik 252 at qüvvəli (370 Nm) benzin turbomühərriki də təkmilləşdirmələrdən nəsibini almışdırş Kemptenli mütəxəssislər benzin mühərrikinin gücünü 330 at qüvvəsinə, fırlanma anını isə 440 Nm-ə qədər artırmışdırlar.

Bundan əlavə, AS4 və AS4 Avant modelləri tənzimlənən asqı sistemini əldə etmişdirlər. Təssüflər olsun ki, alman şirkəti təkmilləşdirmələrin qiyməti haqqında heç bir məlumat verməmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt