Bu günə qədər AMG GT superkarlarının model xəttində açıq kuzovlu variantı olmayan yalnız R versiyası olub. Yenilənmədən sonra daha güclü GT R Pro kupesinin peyda olması R-versiyanı top-variant titulundan məhrum edib və onun yumşaq tavanlı variantının yaranmasına səbəb olub. Ən maraqlısı odur ki, Mercedes-AMG GT R Roadster modeli 750 nüsxəlik məhdud sayda tirajla buraxılacaqdır.

Texniki cəhətdən rodster kupeni tamamilə təkrar edir. GT R Roadster 585 at qüvvəsi hasil edən 4,0-litrlik V8 biturbomühərriki və yeddi pilləli preselektiv “robot” dönən arxa təkərlər, adaptiv asqı və elektronika ilə idarələnən differensial ilə təchiz edilir.  Asqı sistemi və ön bamperdə olan aktiv spoyler də kupedən götürülmüşdür. Bu spoyler 40 millimetr irəli çıxaraq yerəbasma gücünü artırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Arxada bərkidilən antiqanad qorunub-saxlanılsa da, onun profili açıq kuzovun aerodinamikasına uyğun olaraq dəyişdirilib. Üçqatlı yumşaq tavan AMG GT modelinin digər açıq variantlarında olduğu kimidir. Əlbəttə ki, açıq versiya kupedən 80 kiloqram (1635 kiloqram) ağırdır. Rodster standart olaraq çuqundan əyləc diskləri ilə təchiz edilir, lakin əlavə ödənişlə karbon-saxsı əyləc mexanizmlərini də sifariş etmək olar.

Rodsterin dinamikası kupedən cüzi olaraq fərqlənir. Avtomobillərin 100 km/saat həddinə sürətlənməsi eynidir – 3,6 saniyə. Makismal sürətə gəldikdə isə rodster 1 km/saat yavaşdır – 317 km/saat. Beləliklə, AMG GT modelinin modifikasiyalarının sayı 11 çatıb: beş kupe, dörd rodster və iki yarış kupesi.