Corcetto Cucaro və onun oğlu Fabrisioya məxsus olan GFG Style atelyesi Kangaroo superkar-krossoverin detallarını açıqlayıb. Kütləvi debütü Cenevrə avtosalonunda keçiriləcək superkar üç klirens səviyyəsinə və yolsuzluqda hərəkət zamanı yığışdırılan splitterə sahib olub.

Konsept CH Auto texnologiya şirkətinin iştirakı ilə yaradılıb. Kangaroo tam çəkiş sistemi, tam idarələnən şassi və iki oturacaqla təchiz edilib.  GFG Kangaroo alüminiumdan hazırlanmış məkanvari ramanın ətrafında yığılıb. Avtomobilin kuzov panellərinin hazırlanmasında karbondan istifadə edilib. 

Kangaroo hər birinin gücü 180 kilovat olan iki elektromotor və 90 kilovat-saatlıq batareya ilə təchiz edilir. Güc qurğusunun ümumi hasilatı 483 at qüvvəsi və 680 Nm-dir. Yerindən 100 km/saat həddinə superkar 3,8 saniyəyə sürətlənir. Onun maksimal sürəti 250 km/saatdır. Elektrokar dolu batareya ilə 450 kilometr qət etmək iqtidarındadır.

"Kenquru" klirensi tənzimləməyə imkan verən hidravik asqı sistemi ilə təchiz edilib. Klirensin hündürlüyü Race rejimində 120, Road rejimində -140, Off-Road rejimində isə, 260 millimetr təşkil edir. Hündürlüyün dəyişməsi ilə, təkərlərin maillik bucağı da dəyişir. Bundan başqa, superkar dönən arxa təkərlərə və çıxan splitter ilə də təchiz edilir. Spoylerin yığışdırılması halında  avtomobilin giriş bucağı26 dərəcəyə qədər artır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

GFG Style Kangaroo modelinin digər özəllikləri arxada olan və arxa hərəkət fənərləri rolunu ifa edən prizmatik işıqdiodları, 22-düymlük təkər diskləri, lambo-qapıları, üç displey, salonun Poltrona Frau atelyesinin hazırladığı dəri ilə tərtibatı, avtonom idarəetmə sisteminin sensor və kameralarının damda quraşdırılımış yığcam blokudur.