Honda HR-V kompakt krossoverinin yeni, üçüncü nəsli artıq Avropa, Yaponiya (Vezel adı ilə) və Cənub-Şərqi Asiyada satılır. Çin bazarında bu modelin elektrik variantları da var. İndi isə, Amerika bazarında satılacaq yeni Honda HR-V modeli təqdim olunub və oradakı krossover tamamilə fərqli bir avtomobildir.

Okeanın o tayında HR-V indeksi, bu yaxınlarda Çində Honda ZR-V adı ilə debüt edən krossoverə verilib. O, yeni qlobal modeldir, lakin Yaponiya, Avropa və ya Çində ZR-V krossoveri Honda model xəttini tamamlayacaq ayrıca döyüş vahidi olacaqdırsa, ABŞ bazarında yeni krossover əvvəlki HR-V modelini əvəzləməlidir.

Əgər avro-asiyalı Honda HR-V, əvvəlki nəsildə olduğu kimi, yığcam Honda Fit / Jazz minik avtomobilinin platformasına əsaslanırsa, amerikan krossoveri daha “böyük” Civic modelinin bazasında inşa edilib. Arxada indi bütöv tir əvəzinə müstəqil asqı quraşdırılıb. Əvvəlki krossoverlə müqayisədə yeni nəslin təkər bazası cəmi 43 millimetr uzun olsa da (2655 millimetr), təkər izi öndə 51 millimetr, arxada isə 64 millimetr genişlənib.

Nəsil dəyişikliyi ilə amerikan Honda HR-V krossoveri 239 millimetr uzun (4567 millimetr), 66 millimetr enli (1839) və 5 millimetr hündür (1610) olub. Salon daha genişdir, lakin baqaj bölməsinin həcmi demək olar ki, dəyişməyib: rəfin altında 691 litr (+ 3 litr) var. Amma yeni platformaya keçidlə baqaj bölümünün forması və həcmi artıq ötürmənin növündən asılı deyil. Əvvəllər tamötürməli versiya daha kiçik baqaj bölməsi ilə seçilirdi.

Amerikan Honda HR-V və çinli ZR-V modelləri bir-birindən yalnız bir neçə detal ilə fərqlənirlər. Məsələn, amerikan avtomobilində başqa disklər (17 düymlük “bazadadır”) quraşdırılıb, panoram dam əvəzinə kiçik lyuk var, buraxılış sisteminin çıxış borusu isə bamperin altında gizlədilib. Amerikan krossoverinin modifikasiya çeşidində Sport versiyası da var - o, fərqli radiator barmaqlığına, bamper örtüklərinə, 18-düymlük təkər disklərinə və buraxılış sisteminin görünən borusuna malikdir.

Çin və amerikan krossoverləri demək olar ki, eyni interyerə malikdirlər və stilistik olaraq Civic ilə unifikasiya ediliblər. Ancaq Honda HR-V düymlərdən məhrum edilib! Burada kombinasiya edilmiş cihazlar paneli (analoq spidometr və yeddi düymlük ekran), 7,0 və ya 9,0 düymllük ekranları olan media sistemi var. Çində satılan Hinda ZR-V modeli isə, 10,2-düymlük virtual cihazlar paneli, 10,1-düymlük displeyi olan media sistem ilə təklif edilir.

Ancaq Amerikada HR-V krossoveri sürücü və ön sərnişin üçün diz və ikinci sıradakı yan təhlükəsizlik yastıqları da daxil olmaqla, ümumilikdə 10 təhlükəsizlik yastığı ilə təchiz edilir. Ön kamerası olan Honda Sensing elektron köməkçiləri kompleksi də avadanlıq siyahısına daxil edilib. Honda HR-V elektriklə tənizmlənən ön oturacaqlara, adaptiv kruiz-kontrola  malikdir, “ofroud” köməkçilərindən isə, yalnız dağdan enməyə yardım sistemi var.

Amerikan krossoveri ilə Çin krossoveri arasındakı digər mühüm fərq kapotun altında gizlənib. Honda ZR-V modeli 1,5-litrlik turbomühərriklə (182 at qüvvəsi, 240 Nm) debüt edib, Honda HR-V krossoveri isə, 160 at qüvvəsi və 187 Nm fırlanma anl hasil edən 2,0-litrlik atmosfer mühərriki ilə təklif olunur. Qeyd etmək gərəkdir ki, ABŞ-da Honda Civic modeli uzun müddətdir ki, “turbodördlüklə” də təklif edilir. Lakin amerikan krossoveri təkcə ön ötürmə ilə deyil, həm də tam ötürmə (arxa oxda mufta ilə) ilə təklif olunur. Üstəlik, Snow hərəkət rejimi də mövcuddur. Bütün avtomobillər variator ilə təchiz edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şimali Amerika bazarında satılacaq Honda HR-V krossoverlərinin istehsalı əvvəlki modelin buraxıldığı Meksikadakı zavodda təşkil edilib. Satışlar iyun ayında başlanacaq, lakin istefaya göndərilən modelin qiyməti 21 870 dollardan başlayırsa, yeni krossover üçün minimum 23 650 dollar tələb olunacaqdır. Sonradan hibrid versiyanın debüt edəcəyi gözlənilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.