Atlantik okeanındakı Azor adalarının yaxınlığında dreyf edən Felicity Ace yük gəmisindəki yanğın demək olar ki, sönmək üzrədir. Reuters agentliyinin bildirdiyinə görə, yanğının qarşısı təkcə yanbğınsöndürənlərin səyi nəticəsində alınmayıb, limanların birində olan gəmi kapitanının ehtimalına görə, yük gəmisində yanmalı bir şey qalmadığı üçün yanğın səngiməyə başlayıb. Almaniyadan ABŞ-a yollanmış gəmiyə Volkswagen konserninə daxil olan Porsche, Audi və Bentley markalarının dörd minə yaxın yeni avtomobili yüklənmişdi.

Felicity Ace yük gəmisindəki yanğın 16 fevral tarixində başlayıb. İyirmi iki nəfərdən olan komanda təxliyyə olunub və gəmir dreyf etməyə başlayıb. Keçən həftəsonu, yanğınla mübarizəyə gəmidə olan elektromobillərin mane olduğu bildirilmişdi: litium-ion batareyaları alova dəstək veriblər və onların söndürülməsi üçün xüsusi avadanlıq gərək olub.

Alov gəminin yanacaq çənlərinə yaxınlaşsa da, suyun çirklənməsi mənbələri aşkar edilməyib. Dünəndən başlayaraq yanğının intensivliyi azalmağa başlayıb və tezliklə yanğınsöndürənlər gəmini Avropa və Baham adalarındakı limanların birinə yedəkləməyə hazırlamaq üçün göyərtəyə qalxa biləcəklər.

Öz növbəində, Volkswagen Felicity Ace gəmisinə yüklənmiş yeni avtomobillərin, habelə bahalı Porsche və Bentley avtomobillərinin dəqiq sayını açıqlamayıb. Yanğına elektromobillərin səbəb olub-olmadığını da aydınlaşdırmaq gərəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.