Yaxın gələcəkdə Audi şirkəti təklif etdiyi krossoverlərin sayını artırmaq niyyətindədir. Alman istehsalçısının mətbuat xidmətinin yaydığı məlumatda Audi Q8 və Audi Q4 modellərinin Q-xəttini zənginləşdirəcəyi bildirilmişdir.

Dəbdəbəli Audi Q8 modelinin istehsalına alman şirkətinin Bratislavadakı zavodunda  gələn il başlanacaqdır. Ondan bir il sonra isə Macarıstandakı Dyor şəhərindəki müəssisədə Audi Q4 modelinin buraxılışına start veriləcəkdir.  “Q ailəsinin tamamilə iki yeni modeli SUV avtomobilləri kimi vacib seqmentdə bizim rəqabət gücümüzü artıracağından əminik”, - Audi şirkətinin Direktorlar şurasının üzvü Hubert Valtl bildirmişdir. Audi Q8 modeli Detroyt və Cenevrə avtosalonlarında nümayiş etdirilmiş Audi Q8 concept və Audi Q8 sport consept konseptual krossoverlərinin motivləri əsasında hazırlanmışdır. Dəbdəbəli krossover BMW X6 və Mercedes-Benz GLE Coupe modellərinin əsas rəqibi olmalıdır. Audi Q4 modeli isə, istehsalçının model cərgəsində Q3 və Q5 modellərinin arasında yer alacaqdır.

Audi Q4 modeli BMW X4 və Mercedes-Benz GLC Coupe modelləri ilə rəqabət aparacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt