Audi şirkəti yeni nəsil S3 Sportback «qaynar» hetçbekinin ilk şəkillərini dərc esdərək və yeni model haqqında bəzi təfərrüatları açıqlayıb. Modelin kütləvi debütü mart ayında keçiriləcək Cenevrə avtosalonunda baş tutacaqdır.

Yeni nəsil Audi S3 Sportback «qaynar» hetçbeki öndə McPherson, Arxada isə çoxqollu asqıya malik olan təkmilləşdirilmiş şassiyə sahib olacaqdır. İdarəetmə qabiliyyətini yaxşılaşdırmaq üçün, amortizator dayaqları yenilənib və çox güman ki, daha sərt asqı oymaqları quraşdırılıbdır. Eyni zamanda, hetçbek mütərəqqi xarakteristikalara sahib olan sükan gücləndiricisini də əldə edib. 

S3 Sportback modelinin kapotun altında altında 310 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2.0 TFSI turbomühərriki yerləşəcəkdir. Mühərrik alternativsiz olaraq 7-pilləli iki muftalı S tronic «robotu» və quattro tam ötürməsi ilə tandemdə çalışacaqdır. Adi halda fırlanma anı oxlar arasında 50: 50 nisbətində bölünürr, lakin gərək olduqda fırlanma anı tamamilə oxlardan birinə yönəldilə bilər. 

İlkin məlumata görə, yeni Audi S3 Sportback modeli ilk “yüzlüyə” 4,7 saniyəyə sürətlənir və maksimal sürəti 250 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırlacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Cari Audi S3 modeli 2,0-litrlik «turbodördlük» ilə təchiz olunur . Mühərrikin hasilatı 310 at qüvvəsi və 380 Nm-dir (S tronic ilə 400 Nm). Yerindən 100 km/saata qədər hetçbek 5.3 saniyəyə sürətlənir. Modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. «Qaynar» model üç versiyada təklif olunur: S3 Sportback, S3 Sedan və S3 Cabriolet.