Audi şirkəti TT sportkarının 25 illik yubileyini Iconic Edition adlı xüsusi seriya ilə qeyd edir. Yeni modifikasiyanın əsasını TT RS kupesi təşkil edəcəkdir. Texniki cəhətdən dəyişikliklər elan edilməyib. Xüsusi seriyadan olan avtomobilləri yönləndirilmiş naxışı olan 20-düymlük parlaq təkər diskləri, karbondan hazırlanmış arxa antiqanad, dəyişdirilmiş diffuzor və bamperdəki örtmələr sayəsində tanımaq olar. Avropada satılacaq Audi TT RS Iconic Edition modeli 100 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır.

Iconic Edition xətti üçün yeganə mümkün rəng Nardo Grey rəngidir. Zavod antixromundan, qara əyləc supportlarından və yeddi qollu təkər disklərindən imtina etmək mümkün deyil. Xüsusi seriyadan olan TT RS modelinin digər xüsusiyyətləri karbondan hazırlanmış iri antiqanad və turinq bolidlərinin üslubunda splitterləri olan bamperlərdir.

Xüsusi versiyanın interyeri qara alkantara və Nappa dərisi ilə üzlənir,  sarı rəngli tikişlər və transmissiyanın selektrounun üzərindəki  sıra nömrəsi olan lövhə ilə bəzədilir. Oturacaqların kürək hissəsində “Iconic Edition” tikmə-naxışları, sükan çarxında isə, sarı rəngli “12-00” işarəsi var. Qalan hər şey adi TT RS modelində olduğu ilə eynidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında 400 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 2,5-litrlik beşsilindrli  turbomühərrik yerləşir. Güc aqreqatı 7 pilləli S tronic "robotu” və quattro tam ötürmə sistemi ilə tandemdə çalışır.

Audi Sport bölməsi Avropa üçün 100 ədəd TT RS İconic Edition modelini istehsal edəcək ki, onlardan yalnız 11 avtomobil Böyük Britaniya üçün nəzərdə tutulub. Yeni versiya çox bahalıdır: Böyük Britaniyada xüsusi versiya üçün 87 650 funt sterlinq tələb olunur - bu, TT RS modelinin baza versiyasının qiymətindən (57 315 funt sterlinq) bir yarım dəfə bahadır!

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.