Formula 1 seriyasının sabiq icraçı direktoru və hazırki fəxri prezidenti Berni Ekklstoun Britaniya avtomobil yarışı klubu (BARC) tərəfindən mükafata layiq görülüb.

87 yaşlı britaniyalı on illər ərzində avtoidmana göstərdiyi xidmətə görə  BARC-ın qızıl medalı ilə təltif edilib. Bu barədə klubun Twitter səhifəsində yazılıb. Şəkildən göründüyü kimi, Berni bu mükafatı bir qədər soyuq qarşılayıb. Əlbəttə, milyardlarla pulu olan adam üçün bir medal nədir ki?

"Evləri köndələn yar" tamaşasının personajı Şakir Şəkəriç demişkən - vaxtı ilə məni yeni vəzifələrlə təbrik edirdilər, indisi isə dütdülü ilə təbrik edirlər. Xatırladaq ki, Berni Ekklstoun 2017-ci ilin yanvarında istefaya gedib. Həmin zaman F1-də hakimiyyətə seriyanın yeni sahibləri Liberty Media gəlib.