Great Wall Motor Company məşhur Honda Gold Wing tureri ilə rəqabət aparacaq Souo S2000 adlı ilk motosikletini təqdim edib. Bu, çox böyük bir motosikletdir: onun uzunluğu - 2660 millimetr, eni - 950 millimetrdir, çəkisi isə, 400 kiloqramdan çoxdur.

Souo 2,0-litrlik səkkizsilindrli oppozit mühərriki, arxa ötürməsi olan səkkiz pilləli preselektiv “robotu”, Brembo əyləcləri və adaptiv amortizatorlarla təchiz edilib. Oturacaqların qızdırılması və avtomobilin media sistemi də var. Yardıcıları Souo S2000 baykının Gold Wing modelindən daha ucuz olacağına söz verirlər: gözlənilən qiymət diapazonu 150 mindən 200 min yuan (21-28 min dollar) arasındadır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.