Alman sportkar istehsalçısı Gumpert firmasının xələfi olan Apollo Automobil GmbH şirkəti Cenevrə avtosalonunda yeni superkarının rəsmi təqdimat mərasimini keçirmişdir. Arrow («Ox») adını almış avtomobil ortamühərrikli quruluşa, karbondan hazırlanmış kuzova və «qağayı qanadları» üslubunda açılan qapılara malikdir. Superkarın ağırlığı 1300 kiloqramdır. Apollo Arrow superkarı 1000 at qüvvəsi və 1000 Nm fırlanma anı olan dörd litrlik iki turboüfürməli V8 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli sekvental sürətlər qutusu ilə birgə çalışır.

Apollo Arrow yerindən 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir. Avtomobilin 200 km/saat həddinə çatmasına isə 8,8 saniyə vaxt tələb olunur. Apollo Arrow superkarının maksimal sürəti saatda 360 kilometrdir.

Superkarın təchizatına özüqapanan Torsen differensialı, AP Racing tərəfindən hazırlanmış altısilindirli əyləc mexanizmləri, həmçinin, Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilmiş 20- və 21-düymlük disklər daxildir. Bundan əlavə avtomobil, klirensi 40 millimetrdən 120 millimetrə qədər nizamlamağa imkan yaradan asqı sistemi ilə təchiz edilir. 

Apollo nümayəndələrinin iddiasına görə, Arrow modelinə ümumi istifadə üçün nəzərdə tutulmuş yollarda hərkət etməyə icazə verilmişdir. Bundan başqa, avtomobil Beynəlxalq avtomobil assosiasiyasının (FİA) standartlarına uyğun olduğuna görə, ondan müxtəlif avtoidman yarışlarında istifadə etmək üçün omoloqasiyadan keçirmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt