Almaniyada yerləşən idman avtomobilləri istehsalçısı Artega şirkəti özünün yeni modelini təqdim etmişdir. Scalo Superelletra adını almış superkar 1020 at qüvvəli elektrik güc qurğusu ilə təchiz edilmişdir. Eyni zamanda, avtomobil sürücü oturacağının mərkəzdə yerləşdiyi üç nəfərlik salona malikdir.

Yeni sportkar hər biri ön və arxa oxda yerləşən iki elektrik mühərriki ilə təchiz edilmişdir. Elektrik mühərriklərinin ümumi gücü 1020 at qüvvəsi, fırlanma anı isə 1620 Nm təşkil edir. Elektromotorlar tutumu 120 kilovat-saat olan litium-ion batareyalardan qidalanırlar. Avtomobilin yürüş ehtiyatı 500 kilometrdir. Yerindən 100 km/saat həddinə qədər sportkar 2,7 saniyəyə sürətlənir.

Onun maksimal sürəti isə, elektronika tərəfindən 300 km/saat həddində məhdudlaşdırılmışdır. Cenevrə avtosalonunda Artega Scalo Superelletra modelinin prototipi nümayiş etdiriləcəkdir. Avtomobilin seriya variantı 2019-cu ildə işıq üzü görməlidir. Hər birinin dəyəri 1,6 milyon avro olan 50 avtomobilin buraxılması planlaşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt