Lamborghini şirkəti Cenevrə avtosalonuna Huracan Spyder superkarının “bərkgedən” Performante modifikasiyasını gətirib. Superkar 50 km/saat sürətlərində 17 saniyəyə qatlanan yumşaq tavanla təchiz edilir.

Lamborghini Huracan Spyder Performante modeli bürünc kollektorları, titan klapanları, həmçinin təkmilləşdirilmiş buraxılış və çıxış sistemi olan V10 mühərriki ilə hərəkətə gəlir. Mühərrik 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. “Bərkgedən” spayder yerindən 100 km/saat həddinə 3,1, 200 km/saat həddinə isə 9,3 saniyəyə sürətlənir.

Bu kupe variantında olduğundan müvafiq olaraq 0,2 və 0,4 saniyə yavaşdır. Lamborghini Huracan Spyder Performante modelinin çəkisi 1507 kiloqrama bərabərdir ki, bu da spayderin kupe variantından 125 kiloqram ağır olduğu mənasına gəlir. Bununla belə, avtomobilin oxlar arasında çəkinin bölünməsi nisbəti dəyişilməz qalıb – 43:57.

Spayder də Huracan Performane kupesində olduğu kimi təkmilləşdirilmiş asqıya sahib olmuşdur.  Bundan başqa, Huracan Performance modeli üçün adi amortizatorlarla yanaşı maqneroloji mayeli aktiv amortizatorları da sifariş etmək olar. 

Üstəlik, spayder aktiv aerodinamikaya malik olub: avtomobilin ön və arxa hissələrində öz vəziyyətini 500 millisaniyəyə dəyişən çəpərcıklərlə təchiz edilib. Onların köməyi ilə yerəbasma gücünü və alın müqavimətinin göstəricisini dəyişmək mümkündür.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt