Toyota şirkəti bu gün işinə başlamış 88-ci Cenevrə avtosalonunda GR Supra Racing Concept prototipini təqdim edib. Yeni konsept dirçəldilmiş Toyota Supra modelinin yarış və adi yollar üçün olan variantlarının xarici görkəmi barədə təsəvvür yaratmalıdır.

Yapon istehsalçısı prototipin güc aqreqatı barədə heç bir məlumat verməyib. Şirkətdən, yapon markasının yarış komandası olan Gazoo Racing kollektivi tərəfindən hazırlanmış avtomobili önmühərrikli quruluşa və arxa çəkişə malik olduğu bildirilib.

Toyota GR Supra Racing Concept modelinin kuzov panellərinin əksər hissəsi kompozit materiallardan düzəldilib. Bunlara misal olaraq bamperləri, splitteri, diffuzoru, kandarları, kapot, yan güzgülərin gövdələri və arxa antiqanadı göstərmək olar. Ön və arxa alın şüşələri plastikdən hazırlanıb.

Konsept avtomobiini mərkəzi bərkitməsi olan BBS yarış diskləri, Michelin idman şınləri, Brembo əyləc mexanizmləri və yarış buraxılış sistemi ilə təchiz ediblər. Bundan başqa, avtomobil yarış kreslosuına, çıxarılan sükana, təhlükəsizik karkasına və yanğın söndürmə sisteminə sahib olub.

Supra modelinin “vətəndaş” variantının nə zaman buraxılacağı barədə heç bir məlumat verilməyib. Şirkətdən yalnız yarış konseptinin Gran Turismo Sport yarış simulyatorunda peyda olacağını bildiriblər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt