Toyota GR Corolla hetçbeki, yapon şirkətinin prezidenti Akio Toyodanın istəklərinə uyğun olaraq yaradılmış Morizo ​​Edition adlı xüsusi versiyaya sahib olub. Bu avtomobil adi GR Corolla hetçbekindən daha yüngüldür, yenidən tənzimlənmiş transmissiya və yeni, zəmin ilə daha çox ilişməni təmin edən şinlərlə təchiz olunur.

Mühərrik eyni olsa da, daha çox fırlanma anı hasil edir, üstəlik, Morizo Edition versiyasında tək borulu amortizatorlar var ki, onlar da kələ-kötürləri daha dəqiq emal edir və daha yeyin soyuyurlar.

GR Corolla Morizo Edition adı bizi Toyota prezidenti Akio Toyodaya yönəldir. O, bu ləqəb (Morizo) altında yarışır, odur ki, “bərkgedən” hetçbek onun arzu və istəkləri dəqiq nəzərə alınmaqla inşa edilib. Avtomobilin kuzovu üç metrlik konstruktiv yapışdırıcı və əlavə bərkidici qabırğalarla möhkəmləndirilib.

Arxa divandan imtina edilməsi səbəbindən, Morizo Edition versiyası adi GR Corolla ilə müqayisədə 30 kiloqram yüngülləşib. Döngələrdə daha yaxşı ilişməni təmin etmək üçün daha enli şinlər (235/40R18 Yokohama ADVAN Apex V601 əvəzinə 245/40R18 Michelin Pilot Sport Cup 2) quraşdırılıb.

Mühərrik əvvəlkidir. Üçsilindrli 1,6-litrlik G16E-GTS turbomühərriki 304 at qüvvəsi hasil edir, lakin GR Corolla Morizo Edition üçün onun fırlanma anı bir qədər artırılıb və 400 Nm (+ 30 Nm) təşkil edir. Sürətlənmə dinamikasını yaxşılaşdırmaq üçün aşağı pillələr (birincidən üçüncüyə qədər) bir-birinə yaxınlaşdırılıb, baş ötürmə isə qısaldılıb.

Ötürmə, əlbəttə ki, arxa oxdakı çoxdiskli muftası, kilidlənən iki Torsen diferensialı və üç iş rejimi olan GR-Four tam ötürmə sistemidir. Asqı sxemi də qorunub saxlanılıb (çoxqollu MacPherson dayaqları), lakin hetçbekdə yalnız tək borulu amortizatorlar quraşdırılır, özü də ön tərəfdəkilər çevrilmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Digər diqqətəlayiq fərqlər arasında eksklüziv tutqun kuzov rəngi, ön əyləcin soyudulması üçün hava kanalları, təkmilləşdirilmiş yan dəstəyi olan, Brin Naub zamşası və sintetik dəri üzlənmiş idman oturacaqları var. Toyota GR Corolla Morizo Edition hetçbeki gələn il satışa çıxarılacaqdır. Bununla belə, yalnız ABŞ bazarı üçün nəzərdə tutulmuş avtomobillərin sayı açıqlanıb - cəmi 200 nüsxə.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.