Kaliforniyada yerləşən Drako Motors startapı yeni modeli haqqında ilk təfərrüatları açıqlayıb. Dragon (“Əjdaha”) adlandırılmış modelin buraxılacağı barədə məlumat keçən ilin noyabrında peyda olub. Hazırda amerikan markasının model xəttinə yeganə model - Fisker şassisində inşa edilmiş 1200 at qüvvəli GTE sedanı mövcudur.

İlkin olaraq, söhbət məhz bu sedanı təkmilləşdirməkdən gedirdi. Amerikan şirkəti sedanı daha çox dartma qüvvəsi, yaxşılaşdırılmış inventorlar, batareya və soyutma sistemi, habelə gedişi artırılmış tənizmlənən asqı, daha yüngül və güclü əyləclər, DriveOS əməliyyat sisteminin yeni sürücü interfeysi və daha dəbdəbəli salon ilə təchiz edəcəyini bildirmişdi.

Image alt Image alt

Lakin dəyişikliklərin həcmi o qədər böyük olub ki, amerikalılar avtomobilin adını və görünən odur ki, form-faktorunu dəyişdirmək məcburiyyətində qalıblar. Qeyd etmək gərəkdir ki, nəticə çox maraqlı alınıb.

Drako Dragon - “qağayı qanadlarına” və hiperkar xarakteristikalarına malik olan krossoverdir. Onun, demək olar ki, tamamilə karbondan hazırlanmış kuzovu italyan GranStudio atelyesinin mütəxəssisləri tərəfindən layihələndiriib. Layihənin baş dizayneri Pininfarina atelyesinin keçmiş əməkdaşı Lovi Vermeerşdir. Xatırladaq ki, o, Drako GTE modelinin də dizayn müəllifidir. Vermeerşin portfilosunda Lightyear One, Dallara Stradale və Ceyms Qlikenhausun SCG 003 superkarı da var.

Drako şirkəti hələlik hiperkrossoverin eksteryeri təsvir olunan tizerləri paylaşıb, lakin onun interyerini hələ də gizli saxlayır. İnteryer haqqında məlum olanlar - onun beş nəfər üçün nəzərdə tutulduğu və “ən keyfiyyətli Avropa mənşəli dəri” ilə üzlənəcəyidir. Eyni zamanda, hiperkrossoverin tutumlu baqaj bölməsinə malik olacağı da vəd edilir.

“Əjdaha” 2000 at qüvvəli dördmühərrikli güc qurğusunu, dartma qüvvəsini təkərlər arasında paylanması sistemini və üç rejimli tənzimlənən asqını alacağı bildirilir. Krossoverin 60 mil/saat (97 km/saat) həddini 1,9 saniyəyə toplayacağı bəyan edilib. Onun maksimal sürəti 322 km/saat olacaqdır. 402 metrlik dreq məsafəsini qət etməyə krossoverə doqquz saniyə tələb olunur.

Image alt Image alt Image alt Image alt

Drako Dragon modelinə sifarişləri artıq şirkətin rəsmi saytında qəbul edirlər. Hiperkrossoverin satılarına bu ilin sonuna qədər başlanmalıdır. Avtomobilin qiyməti açıqlanmayıb, lakin şirkətdən onun digər dəbdəbəli krossoverlər - Bentley Bentayga, Lamborghini Urus ilə eyni səviyyədə olacağını bildiriblər. Bununla belə, o, gücünə görə, adı çəkilən iki dəfədən çox üstələyəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.