Citroen şirkətinin premium subbrendi olan DS markası Cenevrə avtosalonunda biznes-sedanı nümayiş etdirmək niyyətindədir. Şirkətin dərc etdiyi tizerdə yeni modelin ön hissəsi təsvir edilibdir. Avtomobilin ön hissənin tərtibatına baxsaq, onun yarım il bundan öncə Çinin sertifikasiya orqanlarının bazasında qeydə alınmış modelə bənzədiyini görmək olar. Çox güman ki, avtomobilin satılacağı il bazar elə Çin olacaqdır.

Buna baxmayaraq, PSA konserni modelə diqqət cəlb etmək üçün, onun rəsmi təqdimatına 24 fevral tarixində keçiriləcəyini bildirib. Bayraqdar modelin dizaynının fransız markasının digər avtomobillərinin dizayn üslubunda hazırlandığı diqqəti çəkir. İlkin məlumata görə, sedanın əsasını EMP2 modul platforması təşkil edəcəkdir. Modelin top versiyası 1,6-litrlik turbomühərrikin əsasında yaradılmış qoşulan hibrid qurğuya malik olacaqdır. Sedanın təchizatına LED işıq texnikası və çoxsaylı elektron yardımçılar daxil ediləcəkdir. İlk əmtəə avtomobilləri müştərilərə ilin sonunda çatdırlacaqdırlar.