Artıq xəbər verdiyimiz kimi, DTM çempionatında iştirak edən komandalar Hockenheimring trassasında mövsümöncəsi son testlərə başlamışdırlar. Almaniyada təşkil edilmiş sınaq testlərinə Audi, BMW və Mercedes-Benz komandaları tam tərkibdə qatılmışdırlar. Dörd gün davam edəcək testlər İTR-in (Internationale Tourenwagen Rennen) himayəsi altında təşkil edilmiş yeganə mövsümöncəsi test sayılır. Testlərin ilk iki günü BMW pilotlarının üstünlüyü ilə başa çatmışdır.

Testlərin birinci günü Auqusto Farfus, ikinci günü isə Tom Blomkvist protokola başçılıq etmişdirlər. Onları əsasən Audi pilotları təqib etmişdirlər. Mercedes-Benz komandası bu iki gün ərzində uğursuz çıxış edərək Bavariyalı komandalara müqavimət göstərə bilməmişdir. Testlərin üçüncü günü təşəbbüsü Audi pilotu Mattias Ekstem öz əlinə almışdır.

Audi komandasının İsveçli pilotu 1:33 həddini aşan yeganə pilot olmuşdur. Eksterm günün ikinci yarısında 1:32,964 dəqiqə vaxt göstərərək səhər sessiyasında liderlik edən Mercedes-Benz komandasının ispan pilotu Daniel Xunkandelyanı geridə qoymağı bacarmışdır.

Quru hava şəraitində Ekstermin ən yaxın təqibçisi elə Xunkandelya olmuşdur - ispan pilot Mattias Ektremə cəmi 0,177 saniyə geridə qalmışdır.

Üçüncü günün üçüncü nəticəsini göstərən pilot BMW komandasının alman pilotu Martin Tomçik olmuşdur. İlk üçlüyü Audi pilotları Timo Şayder və Migel Molina təqib etmişdirlər. Mercedes-Benz pilotu Qəri Paffett altıncı nəticə göstərərək Ştutqardan olan komandanın ən uğurlu pilotu olmuşdur.

Yeddinci və səkkizinci yeri BMW pilotları Marko Vittmann və Bruno Spenqler zəbt etmişdirlər. Onların ardınca 9 və 10-cu yerləri Adrien Tambe və Niko Müller (hər ikisi - Audi) tutmuşdurlar. Robert Uikens 11-ci, Pol di Resta (hər ikisi - Mercedes-Benz) 12-ci nəticəni göstərə bilmişdirlər.

Birinci gün liderlik etmiş Auqusto Farfus komanda yoldaşı Maksim Martenin (hər ikisi - BMW) və Mercedes-Benz pilotu Kristian Fitorisin önündə 13-cü ola bilmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt