Yenidən həyata qaytarılan Ford Bronco modeli keçən yayda debüt edib, lakin ofrouder sürprizlər yaratmağa davam edir. Bronco6G tematik forumunda 2021-ci model ilinin avtomobilinin texniki xüsusiyyətləri olan sənədi dərc edib. Bu sənəddə olan məlumatlar istehsalçının dərc etdiyi məlumatlardan fərqlənir.

2020-ci ilin iyul ayında Ford şirkəti Bronco modelini iki benzin mühərriki ilə təchiz edəcəyini bildirmişdi: 2,3-litrlik dördsilindrli EcoBoost mühərrikinin 274 at qüvvəsi və 420 Nm fırlanma anı, 2,7-litrlik V6 mühərrikinin isə 315 at qüvvəsi və 542 Nm fırlanma anı hasil etdiyi bildirilirdi.

Yeni sənədə əsasən isə, 2,3-litrlik aqreqat 305 at qüvvəsi və 441 Nm, 2,7-litrlik mühərrikin isə 335 at qüvvəsi və 563 Nm hasil etdiyi bildirilir. Doğrudur, bu premium yanacağının istifadəsi halında mümkündür. Mühərriklər yeddi pilləli mexaniki və ya 10-pilləli avtomatik transmissiya ilə təchiz edilə bilərlər.