Bu ilin mart ayında Ford Fiesta modeli Volkswagen Golf avtomobilini taxtından etmişdir. Son yeddi il ərzində Avropa bazarında ən populyar olan alman hetçbeki rəqibindən 468 ədəd az satılaraq yerini Fiesta modelinə vermişdir

JATCO Dynamics şirkətinin hesabatına əsasən Golf 46273 ədəd, Fiesta isə 46795 ədəd satılmışdır. Beləliklə, Ford Fiesta ailəsindən olan avtomobillər bu il ilk dəfə olaraq Avropanın ən populyar avtomobili olmuşdur. Ümumilikdə, keçən ay Avropada 1,93 milyon ədəd avtomobil satıldığı qeydə alınmışdır.

Bu keçən ilkinə nisbətən 10,8 faiz çoxdur. Bu nəticə JATO Dynamics şirkətinin müşahidə etdiyi müddətdə rekord nəticə olmuşdur. Bu göstərici həmçinin Avropa bazarını satış həcminə görə ABŞ bazarını üstələyərək ikinci yerə yüksəlməyə imkan vermişdir. Birinci yeri isə Çin bazarı tutur.