Avqustun əvvəlində Geely şirkəti öz bestselleri - Boyue krossoverinin yeni iterasiyasını təqdim edib. Daxili bazarda Boyue adı ilə satılan krossoverin yeni nəsli L indeksini alıb. O zaman Çin istehsalçı yeni krossover eksteryer şəkillərini dərc etsə də, interyerin eskizləri ilə bölüşməklə kifayətlənmişdi. İndi isə, Geely şirkətinin mətbuat xidməti yeni modelin həm eksteryerinin, həm də interyerinin şəkillərini dərc edib.

Açıq rənglərlə tərtib edilmiş interyer multimedia sisteminin şaquli yönümlü sensorlu ekranına malikdir. Dispeyin diaqonalı 13,2 düym, təsvir ölçüsü isə, 1440x1920 pikseldir. Multimedia səkkiznüvəli Snapdragon SA8155P çipinə malik olan Qualcomm platformasına və Geely Galaxy OS Air firma əməliyyat sisteminə əsaslanır.

Sürücünün qarşısında 10,25-düymlük rəqəmsal cihazlar paneli quraşdırılıb, üstəlik, həm multimedia sisteminin şaquli ekranı, həm də rəqəmsal cihazlar paneli Boyue L modelinin standart təchizatına daxildir.

Əlavə ödəniş qarşılığında, nəhəng 25,6-düymlük proyeksiya ekranını da sifariş etmək olar. Bundan başqa, krossoverin avadanlıq siyahısına 11 dinamikli Harman Infinity səs sistemi, yol nişanlarının tanınması sistemi, qızdırılan və havalandırılan oturacaqlar da daxildir.

Yeni nəslə keçidlə birlikdə Boyue modeli inşa edildiyi platformanı da dəyişib: Geely şirkətinin NL arxitekturasını Volvo tərəfindən hazırlanmış CMA (Compact Modular Architecture) modul platforması əvəzləyib.

Eyni platformaya Lynk & Co modellərinin əksəriyyəti Volvo XC40 və Geely Tugella krossoverləri də əsaslanırlar. Arxada müstəqil asqı var, təkər bazasının ölçüsü isə, 2777 millimetrə qədər uzadılıb.

İlkin olaraq satışa benzin versiyaları çıxacaqlar. Baza Geely Boyue L modeli 181 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edən 1,5-litrlik “turbodördlük” ilə təchiz edilir. BHE15 indeksinə malik olan aqreqat bu yaxınlarda yenilənmiş Geely Coolray krossoverində debüt edib.

İkinci modifikasiya isə, 218 at qüvvəsi və 325 Nm fırlanma anı hasil edən 2,0-litrlik (4G20TDJ) turbomühərriki ilə təchiz edilir. Bu mühərrik Geely Tugella modelindən götürülüb.Hər iki versiya da iki muftalı yeddi pilləli “robot” və alternativsiz ön ötürmə ilə təchiz olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bir müddət sonra, krossoverin modifikasiya çeşidinə adi və təkrar doldurulan Hi-X hibridləri daxil ediləcəklər. Hibrid qurğunun tərkibinə 1,5-litrlik üçsilindrli kompressorlu mühərrik, elektrik mühərriki və üç pilləli transmissiyaya daxildir.

Yeni Geely Boyue L krossoveri Çində bu ilin payızında satışa çıxmalıdır. Benzin versiyaların qiymətinin 21.000 - 27.000 dollar arasında olacağı ehtimal edilir. Məsələn, Çində birinci nəsil Geely Boyue X modelinin qiyməti 17 min dollardan başlayır. Bir müddətən sonra isə, Geely yeni modelin ixrac planları barədə açılama verəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.