Hyundai şirkətinə məxsus olan Genesis premium subbrendi yaxın dörd il ərzində beş yeni model buraxmağa hazırlaşır. Bu barədə avtomobil istehsalçısının 2020-ci ilə qədər olan istehsal planında nəzərdə tutulmuşdur. Cənubi Koreya şirkətinin planları haqqında məlumatı The Korean Car Blog saytı təqdim etmişdir. 2017-ci ilə qədər Genesis subbrendinin model cərgəsi iki avtomobillə - yığcam və orta ölçülü sedanla genişlənəcəkdir. Bunlardan birincisi Genesis G80, ikincisi isə Genesis G70 adlandırılacaqdır. 2017-ci ildən 2020-ci ilə qədər Genesis markası öz model cərgəsinə kupe və iki krossoveri qatmaq fikrindədir.

Bu modellərin adları hələlik açıqlanmamışdır. Genesis subbrendinin ilk və buraxdığı yeganə avtomobil G90 bayraqdar sedanıdır.  Bu avtomobil Cənubi Koreya bazarında EQ900 adı ilə satılır. Uzunluğu BMW 7-Series modelini üstələyən sedan gücü 315 - 435 at qüvvəsi arasında olan üç mühərriklə təchiz edilir.

Bildiyimiz kimi, Genesis markası bu il keçirilmiş Nyu York avtosalonunda G70 sedanının carçısı olan Genesis New York Concept  konseptual sedanını təqdim etmişdi.  Genesis G70 sedanı Audi A4, BMW 3-Series, Mercedes-Benz C-Class, İnfiniti G50 və Lexus İS modelləri ilə rəqabət aparacaqdır. 

Bundan başqa, «N Performance» bölməsi tərəfindən Genesis modellərinin «qaynar» modifikasiyaların da hazırlanacağı bildirilmişdir. BMW M4 kupesinin rəqibi olacaq avtomobil 3,3-litrlik iki turbokompressorlu mühərriklə təchiz ediləcəkdir.