Genesis şirkətinin GV70 adlanan ikinci krossoverini hazırladığı marka həvəskarlarına məlumdur. Audi Q5, BMW X3 və Mercedes-Benz GLC modelləri ilə rəqabət aparmalı olan yığcam krossover bu ilin oktyabr ayında təqdim ediləcəkdir. Bu barədə The Korean Car Blog saytı xəbər yayıb.

Nəşrin bildirdiyinə görə, Genesis şirkəti yeni modellər vasitəsi ilə Çin və Avropa bazarlarının fəthini sürətləndirmək niyyətindədir. Markanın arsenalında artıq BMW X5, Mercedes-Benz GLE və Audi Q7 modelləri ilə rəqabət aparan Genesis GV80 krossoveri mövcuddur.

Genesis GV70 krossoveri arxa ötürməli platforma üzərində inşa ediləcəkdir. Yığcam krossoverin mühərrik çeşidini Genesis GV80 modeli ilə bölüşəcəyi ehtimal olunur. Bu çeşidə Theta III ailəsindən olan 304 at qüvvəli 2,5-litrlik və 380 at qüvvəli 3,5-litrlik mühərriklər daxil ediləcəkdir. Bundan başqa, krossover G80 sedanından tanış olan 3,0-litrlik altısilindrli dizel mühərrikini də ala bilərlər. Bütün mühərriklər 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar.

Aprel ayının əvvəllərində, yeni nəsil Genesis G80 sedanının təqdimatı zamanı Genesis mövcud olan və gələcəkdə buraxılacaq modellərin tizerini nəşr etmişdi. Bu tizerdə iki yeni model - GV70 krossoveri və G70 universalı da təsvir olunmuşdu. Sonuncu modelin 2021-ci ildə debüt edəcəyi gözlənilir.

Mənbə: The Korean Car Blog