Monakoda baş tutan cümə axşamı sərbəst yürüşlərində britaniyalı sürücü liderliyini qorumağı bacarıb.

Mercedes komandasının pilotu Lyuis Həmilton bu dəfə bolidindən razı qaldığını deyib: “Monakoda sürücülərin istedadını göstərməyə kömək edən bolidi idarə etmək həqiqətən gözəldir, komandamla fəxr edirəm. Bu bizi daha yaxşı işlər görməyə sövq edir, biz böyük uğurların arzusundayıq. İki sessiyada da sazlanmalar üzərində işlədik, artıq hər şey qaydasındadır. İllər ötdükcə tras daha da sürətlənir, bunu baryerlərin yanından keçərkən hiss etmək mümkündür. Olduqca diqqət tələb edən məsələdir."