Hennessey şirkəti Texasdakı zavodunda istehsal edilmiş sonuncu Venom GT hiperkarının fotoşəklini dərc etmişdir. Bu avtomobil hiperkarın on ikinci və sonuncu nüsxəsidir. 2010-cu ildən buraxılan hiperkarın dəyəri 1,2 milyon dollar təşkil edir.

Sonuncu Venom GT modelinin kuzovu tünd mavi rəngə boyanmış və ağ zolaqlarla bəzədilmişdir.

Hiperkar Lotus Elise modelinin ciddi şəkildə təkmilləşdirilmiş şassisində yığılmışdır. Venom GT hiperkarı 1451 at qüvvəsi və 1745 Nm fırlanma anı hasil edən iki turbokompressorlu 7,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə birgə çalışır. Avtomobil 60 mil/saat (96 km/saat) həddinə 2,4 saniyəyə, 100 mil/saat (160 km/saat) həddinə - 4,4 saniyəyə, 200 mil/saat (300 km/saat) həddinə isə 12,8 saniyəyə sürətlənmək iqtidarındadır. Dreq məsafəsini hiperkar 9,4 saniyəyə qət edir. Bu günə Hennessey Venom GT modeli dünyanın ən sürətli seriya avtomobili sayılır. Kupe kuzovlu avtomobil 435 km/saat, rodster kuzovlu variant isə 427,3 km/saat həddinə qədər sürətlənmişdir. Rekord yürüşü zamanı məlum olmuşdur ki, hiperkar rekordu sıradan çıxmış benzin nasosu ilə (üç nasosdan) göstərmişdir ki, bu da 300 at qüvvəsinin itirilməsi deməkdir. Hazırda Hennessey F5 kod adlı yeni model üzərində çalışır.

Yeni hiperkar bu il təqdim ediləcəkdir. Hiperkarın onu 466 km/saat həddinə sürətləndirəcək 1400 at qüvvəli mühərrikə malik olacağı bildirilmişdir.

Image alt Image alt Image alt