Hyundai şirkəti rəsmi olaraq N bölməsinin ilk krossoveri olan Kona N modelini təqdim edib. "Bərkgedən" model 2,0-litrlik dördsilindrli turbomühərrikə, aqressiv eksteryer dizaynına və ən müasir sürücüyə yardım sistemlərinə sahib olub.

Hyundai Kona N modeli eksklüziv Sonic Blue rənginə boyanıb və kuzov boyunca uzanan ziddiyyətli qırmızı xəttə malikdir. Krossover tərkibinə yeni bamperlər, qapı kandarları, eləcə də 19-düymlük təkər diskləri və nazik formalı LED işıq texnikası daxil olan aqressiv kuzov dəsti ilə təchiz edilib. Modelin arxa hissəsində əyləc işığı olan ikibölməli spoyler və buraxılış sisteminin iri çıxış boruları quraşdırılıb. Bundan əlavə, Kona N modeli daha sərt asqı sistemi yanaşı, əlavə gücləndiricilər və dayaqlar ilə də təchiz edilib.

Kona N krossoverinin salonunda virtual cihazlar paneli, media sistemin 10-düymlük ekranı və qrafikası kompüter oyunları üslubunda hazırlanmış proyeksiya ekranı peyda olub. Bundan əlavə, krossoverdə güclü yan dəstəyi olan idman oturacaqları, transmissiyanın yeni dizaynlı selektoru, həmçinin fərdi tənzimləmələri yeyin şəkildə aktivləşdirməyə imkan verən proqramlaşdırılan mavi və qırmızı düymələri olan qeyri-adi adi sükan çarxı quraşdırılıb.

"Bərkgedən" krossover 280 at qüvvəsi hasil edən 2,0-litrlik "turbodördlük" ilə hərəkətə gəlir. Güc qurğusu üç iş rejiminə (standart N Power Shift,trek N Track Sense Shift və ekstremal N Grin Shift) malik olan səkkiz pilləli "robot" ilə tandemdə çalışır. Ekstremal N Grin Shift rejimi mühərrikin gücünü 290 at qüvvəsinə qədər artıraraq, pillələri mümkün qədər tez dəyişdirməyə imkan verir. Kona N modeli launch control funskiyasının aktivləşdirilməsi halında 100 km/saat həddinə 5,5 saniyəyə sürətlənir. “Bərkgedən” Kona modelinin maksimal sürəti 240 km/saatdır.

Yuxarıda göstərilənlərə əlavə olaraq, Kona N modelini beş - Eco, Normal, Sport, N və Custom rejimlərindən birini seçməyə imkan verən N Grin Control sistemi ilə təchiz ediblər. Bundan başqa, krossover launch control funksiyasını, zolaqda saxlama və toqquşmaların qarşısını alan sistemi, yol nişanılarını tanıma texnologiyasını və adaptiv kruiz-kontrolu əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hyundai Kona N krossoverinin Avropadakı satışlarının bu ilin yayında başlanması planlaşdırılır.