Hyundai şirkəti yığcam Kona krossoverinin elektrik modifikasiyasını təqdim edib. Model müxtəlif gücə malik olan iki elektromotorla təklif ediləcəkdir. Yeni modelin dolu batareya ilə maksimal yürüş ehtiyatı 340 kilometrdir.

Elektrik krossoveri adi Kona modelindən bağlı radiator barmaqlığı, dəyişdirilmiş bamperləri və xüsusi 17-düymlük təkər diskləri ilə seçilir.

Standart olaraq krossover 135 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edən elektromotor və 39,2 kilovat-saatlıq tutumu olan litium-polimer akkumulyatorlar bloku ilə təchiz ediləcəkdir. Standart modifikasiyanın yürüş ehtiyatı 300 kilometrdir. Yerindən 100 km/saat sürətini standart krossover 9,3 saniyəyə toplayacaqdır.

Krossoverin top variantı 204 at qüvvəsi hasil edən elektrik mühərrikinə və 64 kilovat-saatlıq batareyalar dəstinə malik olacaqdır. Onun maksimal yürüş məsafəsi 340 kilometrdir. 100 km/saat həddinə krossover 7,6 saniyəyə sürətlənəcəkdir.  

Hər iki krossoverin maksimal sürəti 167 km/saatdır. 100 kilovatlıq yükləmə qurğusundan Hyundai Kona Electric modelinin batareyalarının 80 faizini 54 dəqiqəyə doldurmaq olar. Batareyaların məişət elektrik şəbəkəsindən tam doldurulmasına 9saat 40 dəqiqə gərəkdir. Standart model üçün bu rəqəm 6 saat 10 dəqiqə təşkil edir.

Kona Electric modelinin salonunda rəqəmsal cihazlr paneli, 7 və ya opsional 8-düymlük displeyə malik olan, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi, proyeksiya displeyi və Krell səs sistemi mövcuddur.

Elektrik Kona krossoverinin təchizatına avtomobildən enərkən yaddan çıxmış smartfon barədə xəbərdarlıq edən smartfonların induksion doldurma sistemi, tam dayanma funksiyası olan adaptiv-kruiz kontrol, piyadaları aşkar edərək öndən qəzaları xəbərdarlıq edən sistem, kor zonalara və köndələn istiqamətdən gələn avtomobillərə nəzarət sistemi daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt