Keçən həftə Qudvudda keçilirmiş Sürət festivalında Jaguar şirkəti «qaynar» Jaguar XJ R SVR modelinin yenilənmiş variantını nümayiş etdirib. Avtomobil kamuflyaja bürünmüş, üzərində XJ R və 575 yazıları həkk olunmuşdur.

Bu yazı, avtomobilin beş litrlik mexniki kompressorlu səkkiz silindrli mühərrikinin gücünün 575 at qüvvəsinə çatdırıldığına işarə edir. Xatırladaq ki, Jaguar F-Type SVR sportkarının kapotu altında yerləşdirilmiş bu mühərrik analoji güc xarakteristikalarına malikdir. 2013-cü ildə təqdim edilən XJ R modeli 550 at qüvvəsinə malik idi.

Səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan 575 qüvvəli mühərrik XJ R modelini 4,4 saniyəyə 100 km/saat həddinə sürətləndirəcəkdir. Bu əvvəlkindən 0,2 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 280 km/saat təşkil edəcək. Müqayisə üçün, Mercedes-AMG S63 bu işə 4,0 saniyə, Audi S8 - 4,1 saniyə, BMW M760Li xDrive isə 3,7 saniyə sərf edir.  

Avtomobilin təqdimatının yay aylarının sonlarına keçiriləcəyi gözlənilir. Jaguar XJ R haqqında ətraflı məlumat təqdimat zamanı veriləcəkdir.