Jeep şirkəti Şanxay avtosalonunda yeni iri ölçülü ofroderin konseptini nümayiş etdirmək niyyətindədir. Bu gün amerikan istehsalçısının mətbuat xidməti yeni konseptin sketçlərini dərc etmişdir.

İlkin məlumatlara görə Yuntu adını almış ofroder yeddi yerlik salona malikdir. Konsept haqqında məlumat demək olar ki yox səviyyəsindədir. Lakin, bu avtomobilin amerikan markasının bayraqdar modeli olacaq Wagoneer modelinə heç bir aidiyyatı yoxdur. Əlbəttə, yeddi şaquli yarıqlara malik olan radiator barmaqlığı qarşımızada Jeep markasına məxsus olan avtomobilin durduğundan xəbər verir. 

Konseptə yandan baxdıqda isə, Jeep Renegade və Compass modellərinə xas olan pəncərə xəttini görə bilərik. Arxa hissənin üfüqi formalı fənərlərlə tərtib edilməsi isə Jeep Cherokee və Grand Cherokee modellərini xatırladır. Sketçlərdəki qapı dəstəklərinə baxsaq konseptin taybatay açılan qapılara malik olduğunu görürük. Nəhayət, PHEV emblemi ofroderin kapotunun altında hibrid güc quröusunun yerləşdiyindən xəbər verir.

Qeyri-rəsmi məlumatlara görə, konseptin seriya modelinə çevrilməsi üzərində işlərə artıq start verilmişdir. Yeni modelin istehsalı FCA ittifaqının Çanşadakı birgə müəssisəsində təşkil ediləcəkdir. Lakin, avtomobil Avropa və ABŞ bazarında satılmayacaqdır. Yeni ofroder yalnız Çin bazarı üçün nəzərdə tutulmuşdur.   

Image alt Image alt Image alt