İlin nüfuzlu World Car of the Year müsabiqəsinin nəticələrinin elanı Nyu-York avtosalonunda keçirilməli idi. Bildiyimiz kimi, sərgi təxirə salınsa da, müsabiqənin təşkilatçıları işlərini davam etdirərək, nəticələrini elan etməyə üstünlük veriblər.

Beləliklə, "Dünyada ilin avtomobili" adına Kia Telluride krossoveri layiq görülüb. Finalda koreya krossoveri iki Mazda modeli ilə mübarizə aparıb və Mazda3 ailəsi və CX-30 krossoveri ilə. Ən maraqlısı odur ki, qalibdən fərqli olaraq, bu iki model daha geniş satış coğrafiyasına malikdirlər.

Dizayn nominasiyasındakı qalibiyyət Mazda üçün təsəlliedici mükafatı olub - münsiflər heyəti Mazda3 modelini ilin ən gözəl avtomobili adlandırıb. Yapon avtomobili (179 xal) ən yaxın rəqibi olan Porsche Taycan modelini (177 xal) cəmi iki xal qabaqlayıb. Üçüncü yerdə Peugeot 208 modeli qərarlaşıb.

Porsche Taycan elektrokarı isə eyni zamanda iki nominasiyada qalib olub. Münsiflər heyəti Zuffenhauzen təmsilçisini "İlin premium avtomobili" və "İlin idman avtomobili" adına layiq görüblər. Birinci nominasiyada Taycan Porsche 911 və Mercedes-Benz EQC modelləri, ikincində isə, yenə də Porsche 911 və Toyota Supra sportkarları ilə liderlik uğrunda mübarizə aparıb.

Yeri gəlmişkən, Kia markası bu müsabiqədən iki mükafatla ayrılıb: "İlin şəhər avtomobili" adına yığcam Kia Soul krossoverinin Soul EV elektrik modifikasiyası layiq görülüb. Onun birlikdə ilk üçlüyə Volkswagen T-Roc krossoveri və Mini Cooper SE Electric hetçbeki daxil olub.