Keçən il Çininin GAC dövlət konserni qeyri-adi görünüşü olan Time konseptini nümayiş etdirmişdi. Konseptin əsas vəzifəsi brendin dizayn üslubunun inkişaf istiqamətini göstərmək idi. Buna baxmayaraq, yalnız indi, şirkət modelin texniki məlumatlarını hissə-hissə açıqlamağa başlayır.

Avtomobilin dizaynının romantik Teardrop on the Blade ("Tiyədəki Göz yaşı") adını almış yeni korporativ üslubda hazırlandığı məlum olub. Belə dizayna yalnız GAC elektromobilləri malik olacaqlar: hibrid modellərə isə, böyük ehtimalla, Emkoo krossoverinin bəzi cizgiləri qismət olacaqdır. Bununla belə, Time konseptinin eksteryerində həm Mercedes-Benz EQS modelinin, həm də Hyundai Prophecy konseptinin motivlərini tapmaq mümkündür.

Əslində, burada sedanlar üçün ənənəvi olan üçhəcmli kuzov silueti yoxdur. Axı bu, aerodinamikada ciddi üstünlük verir: konseptin aerodinamik müqavimət əmsalı 0,191-dir. Bu rəqəm Mercedes-Benz EQXX (0,17) və GAC ENO.146 (0,146) konseptlərindəkindən bir qədər pis olsa da, istənilən halda əla göstəricidir.

Diqqət yetirməli başqa bir məqam Eternal Timer (“Əbədi Taymer”) adlanan təkər diskləridir. Onlar holoqrafik proyeksiya texnologiyalarının köməyi ilə 3D-illüziya yaradırlar. Bundan əlavə, avtomobilin Time Ripples (“Vaxt ləpələri”) adlı ön fənərlərindəki dönən hissələri və yaradıcıların fikrincə, kiçik bir gölməçəni xatırladan qeyri-adi interyerini də qeyd etmək gərəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Avtomobildə istifadə edilən bəzi texnologiyalar haqqında məlumat da sızdırılıb. GAC Time konsepti çoxsaylı sensorları və kuzova inteqrasiya olunmuş lidarları olan dördüncü səviyyəli avtopilot ilə təchiz edilib. Time konseptinin üslubunda görünüşə malik olan seriya modellərinin eyni qabaqcıl avtonom idarəetmə sistemlərini alıb-almayacağı barədə məlumat verilməyib.

Bu arada, çinlilər Tesla Model S elektrokarına növbəti rəqibi hazırlayırlar.GAC Aion törəmə şirkəti, amerikan sedanının dinamikasını üstələməsə də, ona çata biləcək elektrik idman kupesinin üzərində işləyir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.